“ Xocalı- dünənki faciəmiz,bugünkü qürurumuzdur”

Fevralın 26-da Suraxanı rayonu 316 nömrəli tam orta məktəbdə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirildi.Tədbirdə yuxarı sinif şagirdləri bir qrup müəllim və məktəbin direktoru Yasin Quliyev iştirak edirdi.Tədbirdə öncə Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.Məktəbin direktoru Yasin Quliyev “ Xocalı- dünənki faciəmiz,bugünkü qürurumuzdur”- mövzusunda geniş məruzə etdi. Daha sonra məktəbin tarix müəllimi Vüsal Babayev “Xocalı- dünən, bugün və sabah “ mövzusunda çıxış etdi. Sonra şagirdlərin sualları cavablandırıldı.