Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Memorial Soyqırım Muzeyinə ekskursiya

Suraxanı rayon 316 nömrəli tam orta məktəbin 8 "C" sinif şagirdləri sinif rəhbəri İlhamə Şirinovanın təşkilatçılığı ilə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun inzibati binasında Memorial Soyqırımı Muzeyinə ekskursiyaya getmişdirlər. Muzey xalqımıza qarşı törədilmiş soyqırım, deportasiya, hərbi cinayətlər barədə xarici və azərbaycanlı müəlliflərin kitablarından ibarət zəngin kitab fondu ilə təchiz olunub. Muzeyin girişində yerləşdirilmiş rəsm əsərləri soyqırım qurbanlarının matəm sükutunu özündə əks etdirir.
Belə muzeylərin yaradılması Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasına və soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edən ağır bir tarixi hadisəni özündə əks etdirən nümunədir.