21 Fevral- Beynəlxalq Ana Dili Günü

    Suraxanı rayon 316 nömrəli tam orta məktəbin tədbirlər planına əsasən Azərbaycan dili və ədəbiyyat müəllimlərinin təşkilatçılığı ilə Azərbaycançılıq ideaları ,milli mənəvi dəyərləri təbliğ etmək, Azərbaycan dili , Ədəbiyyatı,Tarixi, Mədəniyyəti və İncəsənətinə məhəbbət hissini aşılamaq məqsədi ilə” Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş tədbir keçirildi.

    Tədbir Azərbaycan Respublikasının dövlət himnin səslənməsi ilə açıq elan edildi və bir-birini əvəzləyən kompozisiyalar , bədii qiraət nümunələri və səhnəciklərlə yadda qaldı. V"A" sinfinin şagirdləri dilin qorunması və onun gələcək nəsillərə ötürülməsinin vacibliyini əks etdirən Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsərindən bir parçanı səhnələşdirdilər.Ana dilimizə aid mahnılar və şeirlər səsləndirildi.

Məktəbin direktoru Y.Quliyev çıxış edərək bildirmişdir ki,Ana dilimiz xalqımızın tarixidir,sərvətidir,milli kimliyimizin göstəricisidir. Ana dilimizin saflığının qorunmasının hamımızın borcudur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi