I yarımilin yekunlarına dair Pedaqoji Şura iclası keçirilib.

Fevralın 8-də Suraxanı rayon 316 nömrəli tam orta məktəbdə 2024-2025-ci tədris ilinin I yarımilin yekunlarına dair Pedaqoji Şura iclası keçirilib.
Məktəbin direktoru Yasin Quliyev iclasın gündəliyində duran məsələlərlə bağlı məlumat verdi.
İclasın gündəliyində duran məsələlər:
1. I yarımilin yekunları. Il yarımildə qarşıda duran əsas hədəf və vəzifələr.
2. 2024-2025-ci tədris ilinin I yarımilində görülən işlərlə bağlı cavabdeh şəxslərin- direktor müavinlərinin,kitabxana müdiri, psixoloq və təşkilatçının hesabatlarının dinlənilməsi.
3. I yarımil üçün böyük summativ qiymətləndirmənin nəticələrinin müzakirəsi.
4. Təmayül siniflərdə əsas dərslərin tədris vəziyyəti.
5. Məktəb invertarlarının qorunmasının və monitorinqlərin nəticələrinin müzakirəsi.
6. Fənn olimpiadalarının növbəti turuna hazırlıq mərhələsi.
7. Cari məsələlər
II yarımildə kollektivimizə uğurlar diləyir, növbəti fəaliyyətlərində müvəffəqiyyətlər arzulayırıq.