Polis Akademiyasının nümayəndəsi ilə görüş

Yanvarın 14-də Bakı şəhər Suraxanı rayon 316 nömrəli tam orta məktəbində DİN-in Polis Akademiyasının “Dövlət və hüquq nəzəriyyəsi” kafedrasının müəllimi polis baş leytenantı Mirzə Məmmədovun iştirakı ilə IX-XI sinif şagirdlərinin DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi məqsədilə görüş keçirilmişdir. Görüşdə şagirdlərə Polis Akademiyasına qəbul qaydaları və orada yaradılmış maddi-sosial baza haqqında geniş məlumat verilmişdir. Həmçinin, görüşdə gənclərə gələcəkdə dövlətə və vətənə sadiq olmaq, onların sağlam ruhda böyüməsi üçün tövsiyələr verilmişdir.