31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür.

Dekabrın 29-da Suraxanı rayon 316nömrəli tam orta məktəbində "Dünya Azərbaycanlılarının Həmrəylik Günü " ilə əlaqədar tədbir keçirildi. Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə məktəbin tarix müəllimi Vüsal Babayev çıxış edərək şagirdlərə Həmrəylik gününün tarixi haqqında ətraflı məlumat verdi.Daha sonra məktəbimizin direktoru Yasin Quliyev çıxış edərək bu əlamətdar günün əhəmiyyətindən, o cümlədən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qazandığımız tarixi ədalətin zəfər çalmasında xalqımızın göstərdiyi birlik və həmrəyliyin bütün dünyaya sübut olunduğundan söz açdı.Sonda Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə müəllim və şagirdlərimizi təbrik etdi.