"Qədim türk diyarı - Naxçıvan"

Dekabrın 16-da Suraxanı rayon 316 nömrəli tam orta məktəbində " Məktəbdə Naxçıvan ayı"nın keçirilməsinə dair Tədbirlər planına əsasən 10-cu sinif şagirdləri arasında tarix müəllimi Vusal Babayev və İlhamə Şirinovanın təşkilatçılığı ilə "Qədim türk diyarı - Naxçıvan" adlı intellektual oyun keçirildi. 3 mərhələdən ibarət oyunda "Naxçıvan", "Vətən", "Şuşa " və "Zəfər " adlı komandalar yarışırdı. Şagirdlər Naxçıvanın geosiyasi mövqeyi, XX əsrin əvvəllərində baş verən siyasi hadisələr, Naxçıvan Muxtar Respublikasının yaradılması, Naxçıvanın qədim tarixi, mədəni irsi və tarixi abidələri və Azərbaycan tarixini əhatə edən sualları cavablandırdılar. İntellektual oyunun qalibi "Naxçıvan komandası oldu.