"Məktəblərdə Naxçıvan ayı"

Dekabrın 13-də Suraxanı rayon 316 nömrəli tam orta məktəbində "Məktəblərdə Naxçıvan ayı"nın keçirilməsinə dair Tədbirlər planına əsasən Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş sənədli film nümayişi keçirilib. Film vasitəsilə şagirdlərə Naxçıvanın geosiyasi mövqeyi, XX əsrin əvvəllərində baş verən siyasi hadisələr və Naxçıvan Muxtar Respublikasının yaradılması haqqında ətraflı məlumat verilib. Eyni zamanda, filmdə Naxçıvanın qədim tarixi, etimologiyası, mədəni irsi və tarixi abidələri barədə zəngin görüntülər və məlumatlar təqdim edilib.