12 DEKABR – HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜDÜR

    Məktəbin Fəaliyyət planına uyğun olaraq dekabrın 12-də Suraxanı rayon 316 nömrəli tam orta məktəbində 6 "G" sinif müəllimi Söylə Məmmədova və Uşaq Birliyi rəhbəri Aytən Fərəcovanın təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin Anım gününə həsr edilmiş tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Ulu öndər Heydər Əliyev və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Daha sonra şagirdlər dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirdilər, mahnılar oxudular.Tədbir boyu Heydər Əliyevə həsr olunan videomateriallar nümayiş etdirildi, musiqi əsərləri səsləndirildi.

    Məktəbin direktoru Yasin Quliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyası haqqında danışıb. Ulu Öndər təkcə Azərbaycanın tarixində deyil, bütövlükdə dünyanın siyasət tarixində dərin iz buraxmış liderdir. Ulu Öndərin irsi və ideyaları bizim üçün bir mayakdır. Hər kəs Vətəni onun kimi sevməli və xeyirxah əməl sahibi olmalıdır.

    Azərbaycan xalqına azadlığı qazandıran ümummilli lider Heydər Əlirza oğlu Əliyev 2003-cü il dekabrın 12-də hər şeydən çox sevdiyi xalqı ilə vidalaşsa da, xalq həmişə onu xatırlayır və xatirəsini əziz tutur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi