"Erkən nikah nədir və onun fəsadları"

Dekabrın 2-də Suraxanı rayon 316 nömrəli tam orta məktəbin Uşaq Birliyi Rəhbəri Aytən Fərəcova və həkim İlahə Tağıyeva "Erkən nikah nədir və onun fəsadları" mövzusunda VII,IX,X,XI sinif şagirdləri ilə söhbət aparmışdır. Erkən nikanların qarşısının alınmasında maarifləndirmə işlərinin aparılmasının böyük əhəmiyyəti vardır. Bu baxımdan məktəbində üzərinə böyük iş düşür. Həkim İ.Tağıyeva şagirdlərə dünyada və ölkəmizdə erkən nikah hallarının baş verməsi ilə bağlı statistik məlumatları çatdırdı, erkən nikahın daha çox hansı səbəblərdən baş verməsini, habelə 18 yaşına çatmamış şəxslərin nikaha daxil olacaqları halda hansı tibbi, hüquqi, psixoloji, sosial-iqtisadi və digər problemlərlə qarşılaşacaqlarını izah etdi.
Sonunda şagirdlərin mövzu ilə bağlı onları maraqlandıran suallar cavablandırıldı və tədbir diskussiya şəkilində davam etdirildi.