Reproduktiv sağlamlıq

     Oktyabrın 30-da  Suraxanı rayon 316 nömrəli tam orta məktəbin VIII-IX  sinif şagirdləri ilə “Reproduktiv sağlamlıq: sağlam həyat tərzi, erkən və qohumlararası nikahların qarşısının alınması” mövzularında olan məşğələlərdən – “Təhlükəsiz informasiya axtarışı” və "Mənim əhatəm" adlı maarifləndirici söhbət aparıldı.Tədbirdə təşkilatçı U.Qasımova, psixoloq K.Hümbətova, həkim İ.Tağıyeva sosial pedaqoq  R.Novruzova və sinif müəllimləri  iştirak edirdi.Məşğələnin aparılmasının əsas məqsədi şagirdlərin sağlam həyat tərzi, erkən və qohumlararası nikahların fəsadları , "məhrəm-intim" mövzularda doğru informasiyanın əldə etməsini təmin etmək,ınternetdən təhlükəsiz informasiya əldə etmək, təhlükəli və təhlükəsiz informasiya mənbələrini ayırd etmək barədə məlumatlandırılması idi.Məktəbin biologiya müəllimi Arzu Əsədova,həkim İlahə Tağıyeva ,psixoloq Könül Hümbətova, tarix müəllimi İlhamə Şirinova və biologiya müəllimi Təranə Rəcəbova şagirdlərə mövzu ilə bağlı tövsiyələrini vermiş, sonda şagirdlərə “İnformasiyanı doğru mənbədən necə ala bilərik?” sualı ilə müraciət etmiş, cavablar dinlənilmiş, şagirdlərin sualları cavablandırılmış, müzakirələr aparılaraq nəticə alınmışdır.Məşğələdə öyrəndiklərinə və şəxsi təcrübələrinə əsasən repdroduktiv sağlamlıq məsələlərində onları maraqlandıran suallara cavab tapmaq üçün informasiya mənbələrinin düzgün seçilməsi üçün tövsiyələr verilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi