"Xarıbülbül qoxulu Zəfər Günü"

"Xarıbülbül qoxulu Zəfər Günü" adlı tədbir
Noyabrın 5-də Suraxanı rayon 316 nömrəli tam orta məktəbində 8 Noyabr Zəfər Gününə həsr olunmuş "Xarıbülbül qoxulu Zəfər Günü" adlı tədbir keçirilmişdir. Tədbirdə məktəbin direktoru Yasin Quliyev,məktəbimizin şəhid məzunları Sayad Hacıyevin ,Cavid Cabbarzadənin və şəhid Bilal Qənbərovun ailə üzvləri iştirak etmişdirlər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, sonra isə şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.
Zəfər Gününə həsr olunmuş tədbirin əvvəlində çıxış üçün söz şəhidlərin ailə üzvlərinə verilmişdir. Sonra isə şagirdlər tərəfindən Zəfər Gününə həsr olunmuş şeirlər,mahnılar səsləndirildi və rəqslər təqdim olundu.
Məktəbin direktoru Yasin Quliyev Azərbaycanın Şanlı Ordusunun qələbəsi olan Zəfər Günü haqqında çıxış edərək bildirdi ki, "Dəmir yumruq" əməliyyatının zəfərlə nəticələnməsi Müzəffər Ali Baş Komandon İlham Əliyevin siyasi və diplomatik mübarizəsinin və Azərbaycan əsgərinin rəşadətinin nəticəsidir. Zəfərimizin qəhrəmanlarının keçdikləri hünər yolunu növbəti nəsillərə ötürmək hər bir azərbaycanlının borcudur. Onuda xüsusilə qeyd etmişdir ki,səngərdə qələbə qazanan əsgərin vətənpərvərlik ruhunda tərbiyə olunması məktəblərdən başlayır.