Valideyn iclası keçirildi

Valideyn iclası keçirildi
29 oktyabr 2024-cü il tarixində X siniflər üzrə valideyn iclası keçirilmişdir. Valideyn iclasında məktəbin direktoru Yasin Quliyev,təlim tərbiyə işləri üzrə direktor müavini Bahar Ağayeva,məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Ulduz Qasımova,psixoloq Könül Hümbətova,sinif rəhbərləri,fənn müəllimləri və X sinif şagirdlərinin valideynləri iştirak etmişdirlər. Məktəbimizdə 2024/2025 -ci tədris ilindən etibarən pilot layihə olaraq "Şagird davranış qaydaları" layihəsi tətbiq olunmağa başlanmışdır. Valideynlərə şagird davranış qaydalarının tətbiqinə dair qayda və prosedurlar haqqında məlumat verilmişdir. Eyni zamanda şagirdlərin dərsə davamiyyəti və punktuallığı,təhlükəsizlik qaydaları və onlara riayət olunması ilə bağlı valideynlər məlumatlandırılmışdır.