Ağacəkmə aksiyası

Məktəblərdə ekologiya ayı
2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı olaraq Elm və Təhsil Nazirliyinin Tədbirlər Planına uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması,yaşıllıqların bərpası və artırılması,yaşıl enerji növlərinin yaradılması istiqamətində şagirdlərin maarifləndirilməsi məqsədilə oktyabr ayı " Məktəblərdə ekologiya ayı" layihəsi elan edilmişdir.
Ətraf mühitin yaşıllaşdırılması, şagirdlərdə təbiəti qorumaq,ağaclara qulluq və qayğı göstərmək bacarıqlarını inkişaf etdirmək üçün məktəbin həyətyanı sahəsində "Yaşıl dünya naminə hərəyə bir ağac əkək" adlı ağacəkmə aksiyası keçirilmişdir. Ağacəkmə aksiyasında şagirdlər və məktəbin pedaqoji heyəti iştirak etdilər.