"Bizim yaşıl sinif"

Məktəblərdə ekologiya ayı
2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamının icrası ilə əlaqədar cari ilin oktyabr ayı ərzində "Məktəblərdə ekologiya ayı" keçirilir.
Oktyabrın 25-də ətraf mühitin sağlamlaşdırılması,yaşıllıqların bərpası və artırılması,su ehtiyyatları və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə edilməsi,yaşıl enerji növlərinin yaradılması istiqamətində uşaqların maarifləndirilməsi məqsədilə Tədbirlər Planına əsasən məktəbimizdə "4D" sinfinin sinif rəhbəri Jalə Şəmilovanın təşkilatçılığı ilə "Yaşıl siniflərin yaradılması" mövzusunda "Bizim yaşıl sinif" otağı yaratmışdırlar. Şagirdlər bitkilərə qulluq göstərərək onların diblərini yumşaltdılar,çürük yarpaqlarını təmizlədilər və siniflərindəki yaşıl guşəyə yerləşdirdilər.