24 Oktyabr Vətən müharibəsi şəhidi Cabbarzadə Cavid Qorxmaz oğlunun anım günüdür!

    24 Oktyabr Vətən müharibəsi şəhidi Cabbarzadə Cavid Qorxmaz oğlunun anım günüdür!

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə Azərbaycanın suverenliyi,ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qələbə qazandığı 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medallarına layiq görülmüş şəhid Cavid Cabbarzadənin anım günüdür.

Cavid Cabbarzadə könüllü olaraq Vətən müharibəsində Cəbrayılın,Füzulinin,Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak etmişdir. 24 oktyabr 2020 -ci ildə Xocavənd döyüşləri zamanı şəhid olmuşdur.II Fəxri Xiyabanda dəfn olunub.

Anım günü münasibət ilə məktəbimizin Təlim tərbiyə işləri üzrə direktor müavini Fərqanə Məmmədli,Məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçısı Ulduz Qasımova,"6F"sinif rəhbəri Şəbnəm Haqverdiyeva və "6F" sinif şagirdləri şəhidin ailəsini ziyarət etmişdirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi