"Məktəblərdə ekologiya ayı"

    "Məktəblərdə ekologiya ayı"

Ölkəmizdə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması ilə əlaqədar Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq olunmuş Tədbirlər planının icrası,ətraf mühitin sağlamlaşdırılması,yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə edilməsi,yaşıl enerji növlərinin yaradılması istiqamətində uşaq və gənclərin maariflənməsi məqsədilə bu ilin oktyabr ayında "Məktəblərdə ekologiya ayı" keçirilir.

Bu məqsədlə 18.10.2024-cü il tarixində məktəbimizin Məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçısı Ulduz Qasımovanın və biologiya müəllimlərin təşkilatçılığı ilə seminar keçirilmişdir. Seminarda məktəbin direktoru Yasin Quliyev,Təlim- tərbiyə işləri üzrə direktor müavinləri Esmira Qocayeva,Fərqanə Məmmədli və 9a sinif şagirdləri iştirak etmişdilər. Ekoloji tarazlığın qorunması və bərpası haqqında şagirdlərə geniş məlumat verilmişdir. Seminarda məktəbin direktoru Yasin Quliyev çıxış edərək şagirdlərə "Təbiətin dostu" olmağı tövsiyə etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi