Mülki Aviasiya Muzeyinə ekskursiya

Oktyabrın 10-da Suraxanı rayon 316 nömrəli tam orta məktəbin tarix müəllimi İlhamə Şirinova və VIII "C" sinif şagirdləri Mülki Aviasiya Muzeyinə ekskursiya ediblər.
Ekskursiya zamanı şagirdlər mülki aviasiyamızın tarixi, keçdiyi inkişaf yolu,Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən guşələr ilə tanış olub, muzey bələdçilərinin maraqlı söhbətlərini dinləyib, təyyarə və helikopterlərin hərəkət mexanizmləri barədə məlumatlar əldə ediblər.