II Fəxri Xiyabana ziyarət

"27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı"na əsasən 6 "G" sinif müəllimi Söylə Məmmədova və şagirdlər II Fəxri Xiyabanı ziyarət ediblər.Ziyarət zamanı şagirdlər Vətən uğrunda canından keçən şəhidlərimizin məzarı üstünə gül dəstələri düzdülər.