27 Sentyabr "Anım günü"

        Azərbaycan Respublikası Təhsil Nazirinin 07.09.2021-ci il tarixli F-429 əmrinin icrasını təmin etmək məqsədilə BŞTİ-nin 08.09.2021-ci il tarixli F-191 nömrəli əmri ilə təsdiq olunmuş “27 sentyabr Anım Günü və 8 Noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı”na əsasən 316 nömrəli tam orta məktəbdə silsilə tədbirlər 7:30-da başlandı. Belə ki, səhər ilk öncə dövlət himni səsləndi,şəhidlər sükutla yad edildi.Məktəbin direktoru Yasin Yaqub oğlu Quliyev çıxış edərək qeyd etmişdir ki, Ermənistan Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir.

44 gün davam edən Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmasını vurğuladı və bugunki şagirdlərimizin də gələcəkdə belə vətənpərvər olmağını tövsiyyə etdi.

Daha sonra vətənpərvərlik ruhunda mahnılar səsləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi