Pedaqoji Şura

Pedaqoji Şura

21.09.2024-cü il tarixində Suraxanı rayon 316 nömrəli tam orta məktəbdə Pedaqoji Şura iclası keçirildi. İlk öncə dövlət himni səsləndirildi. Daha sonra Azərbaycanın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi 1dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru Yasin Yaqub oğlu Quliyev çıxış edərək pedaqoji kollektivə yeni tədris ilində uğurlar arzuladı.

İclasın gündəliyində növbəti tədris ilində qarşıda duran vəzifələr,təlim-tərbiyə prosesinin təşkili,illik planlaşdırma, valideynlərlə işin təşkili,məktəbdə olan yeniliklər müzakirə olundu.

İclasda qarşıda duran vacib məsələlərlə bağlı qərarlar qəbul edildi.

Həmçinin iclasda " Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələr üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP 29-a) həsr olunmuş silsilə tədbirlərin təşkil olunması barədə tapşırıqlar verildi.Bundan başqa 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" nə həsr olunmuş tədbirlərin ilin sonuna qədər davam etdiriləcəyi bildirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi