Son zəng

    Suraxanı rayon 316 nömrəli tam orta məktəbdə 14 iyun 2024-cü il tarixində “Son zəng” tədbiri keçirilib.Tədbirdə qonaqlar, ictimaiyyət nümayəndələri, şəhid ailələri, məktəbin pedoqoji kollektivi, məzunlar və valideynlər iştirak edib.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Dövlət Bayrağının qaldırılması ilə başlayıb.

 Tədbirdə qonaqlar və məktəbin direktoru Gülnarə Hənifəyeva çıxış edərək tədris ilinin başa çatması münasibətilə məzunları təbrik edib, onlara möhkəm cansağlığı, gələcək həyatlarında uğurlar, müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzulayıblar.

Eyni zamanda, məzunlara ölkəmizin gələcək inkişafı naminə həyata keçiriləcək proseslərdə fəal iştirak etmələri, onlara olan etimadı doğrultmaq üçün hər zaman fəallıq və əzmkarlıq göstərmələri tövsiyə olunub.

Tədbir məzunların hazırladığı bədii kompozisiya ilə davam etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi