Ekskursiya – dərs

Bakı Zooloji Parkında məktəbin biologiya müəllimi Aqil Hüseynov VI sinif şagirdləri ilə Bakı Zooloji Parkında təbiət fənnindən ekskursiya – dərs təşkil etdi. Ekskursiya – dərsin keçirilməsində məqsəd şagirdlərin bilik və bacarıqlarını təkmilləşdirmək və məlumatlılıq səviyyəsini artırmaq, əşya və hadisələri onlara əyani surətdə öyrətməkdən ibarət olmuşdur. Eyni zamanda şagirdlərin mənafeyinə, maraq və tələbatlarının ödənilməsinə, istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafı istiqamətində effektiv təsir gücünə malikdir.Şagirdlər Zooloji Parkda açıq havada ziyarətçilərə mane olmadan müəllimin müvafiq istiqaməti ilə zəruri informasiyaları topladılar. Şagirdlər dərs – ekskursiyadan yüksək təəsüratlarla ayrıldılar.