“Şəxsi gigiyena qaydaları, qurd invaziyaları"

    Məktəbin həkimi İlahə Tağıyeva “Şəxsi gigiyena qaydaları, qurd invaziyaları" mövzusunda şagirdlərlə maarifləndirici təlim keçirib.
Belə ki, ən çox rast gəlinən qurd invaziyalarından enterebioz, askaridoz və trixosefalyoz (tükbaş qurdla yoluxma), parazitar xəstəliklərdən isə lyamblyozu göstərmək olar. Helmintlər uşağın immunitetinin azalmasına, allergiyaların yaranmasına, mədə-bağırsaq və sinir sistemi pozğunluqlarına səbəb olur. Bu baxımdan uşaqların şəxsi gigiyena qaydalarına riayət etməsi vacibdir.Təlim zamanı məktəblilərə qurd xəstəliklərinin fəsadları və qorunma üsulları haqqında ətraflı məlumat verilib, uşaqları maraqlandıran suallar cavablandırılıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi