“Yaşıl sinif”

Suraxanı rayon 316 nömrəli tam orta məktəbində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində şəhid Fərziyev Saməddin Mehman oğlunun adını daşıyan sinif otağı “Yaşıl sinif” seçildi. ”Yaşıl sinif”də 8 "Ə" sinif şagirdlərinin əl işlərindən ibarət divar qəzetləri vurulmuş, şagirdlərə dibçək güllərinin əkilməsi öyrədilmiş və otaq dibçəklərlə bəzədilmişdir.