"Xocalı faciəsi" tədbiri keçirildi

23.02.2017-ci il tarixdə Xocalı faciəsinin 25-ci ildönümü münasibəti ilə geniş tədbir keçirildi.Şagirdlərin hazırladıqları şeirlər,əsgər marşları,mahnılar,slaydlar gənc nəslin vətənpərvərliyinin yüksək səviyyədə olduğunu göstərdi.Tədbirdə şəhid anası Solmaz Abdullayeva çıxış edərək öz oğlu şəhid Fuad Əsədovun19 illik ömür yolu,arzuları haqqında danışdı.Sonra şəhid anası oğlunun şeirləri çap olunmuş "Fuad dünyası" adlı kitabını məktəbimizə bağışladı.Sonda şagirdlər,müəllimlər və şəhid valideynləri xatirə şəkilləri çəkdirdilər.