Məhəmməd Füzulinin 530 illiyi ilə əlaqədar seminar

    Aprelin 19-da məktəbimizdə Məhəmməd Füzulinin 530 illiyi ilə əlaqədar seminar keçirildi.

Azərbaycan dili və ədəbiyyat müəllimi Cəniyeva Gülvaz və Hacıyeva Səbinə çıxış edərək şairin həyat və yaradıcılığı haqqında iştirakçılara məlumat verərək bildirdilər ki, Məhəmməd Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkardır. Hərtərəfli biliyə malik mütəfəkkir kimi onun həyata, insana dərin məhəbbət aşılayan və daim gözəllik duyğusu ilə, ülvi ideallarla yaşamağa çağıran çoxcəhətli bədii-fəlsəfi irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdəndir.

Tədbirdə şagirdlər tərəfindən şairin şeirləri səsləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi