"Narkomaniyaya yox deyək"

    Noyabrın 27-də Suraxanı rayon 316nömrəli tam orta məktəbində 11-ci sinif şagirdləri ilə "Narkomaniyaya yox deyək" mövzusunda tədbir keçirildi.Tədbirdə narkomaniyanın cəmiyyət üçün ağır bəla olması, gənclərin bu məhvedici xəstəliyə düçar olmaması üçün nələrə diqqət yetirilməsi, narkotiklərə aludə olmağın nəticələri və s. haqqında geniş məlumat verilib, narkomaniyaya qarşı dövlətimiz tərəfindən aparılan mübarizədən danışılıb. Həmçinin çıxış edənlər şagirdlərə tövsiyyələr verərək hansı yaş kateqoriyasında olmalarına baxmayaraq hər zaman öncəliklə sağlam həyat tərzi sürmələrini, güclü iradəyə sahib olub heç kimin təsiri altına düşmədən doğru yolu seçmələrini gənclərin diqqətinə çatdırıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi