“Hərbi Qənimətlər Parkı”na ekskursiya

    “Hərbi Qənimətlər Parkı”na ekskursiya

“8 Noyabr Zəfər Günü” ilə bağlı müvafiq Tədbirlər Planı hazırlanmışdır.

Tədbirlər Planına müvafiq olaraq noyabrın 5-də məktəbin bir qrup müəllim və şagirdi Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsində qazandığı qələbəyə həsr olunmuş “Hərbi Qənimətlər Parkı”na ekskursiya etdilər.

Şagirdlər şəhidlərimizin xatirəsinin əbədi yadigarı olan parkda İkinci Qarabağ müharibəsi qələbəsinin hərbi – texniki sübutlarını, müharibənin gedişini əks etdirən tabloları, Ermənistan Silahlı Qüvvələri qoşunlarının mum manikenləri, erməni bunkerlərində qalmış əşyaları çox maraqla seyr etdilər. Eyni zamanda Parkın ərazisindəki videozalda nümayiş etdirilən Azərbaycan Prezidenti İlham Əliyevin "Qələbə" tvitləri, aparıcı media qurumlarına müsahibələr, xalqa müraciətlərdən ibarət hissələr şagirdlər tərəfindən təkrar izlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi