8 Noyabr-Zəfər Günü

8 Noyabr-Zəfər Günü
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 08.09.2021 – ci il tarixli F – 191 nömrəli əmrinə əlavənin icrasını təmin etmək məqsədilə “27 Sentyabr Anım Günü” və “8 Noyabr Zəfər Günü” ilə bağlı müvafiq Tədbirlər Planı hazırlanmışdır.
Tədbirlər Planına uyğun olaraq 04.10.2023-cü il tarixində tarix müəllimi İlhamə Şirinovanın təşkilatçılığı ilə “8 noyabr Zəfər Günü”nə həsr olunmuş "Səsin gəlir Xarıbülbül" adlı tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Şagirdlərin vətənpərvərlik mövzusunda olan çıxışları və rəqsləri tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.Tədbirdə məktəb rəhbərliyi,şəhid məzunumuz Cabarzadə Cavid və Hacıyev Sayadın ailə üzvləri də iştirak edirdi.