"20 Yanvar faciəsi"nin iyirmiyeddinci ildönümü ilə bağlı tədbir

19.01.2017-ci il tarixdə "20 Yanvar faciəsi"nin iyirmiyeddinci ildönümünə həsr olunmuş tədbir keçirildi.Tədbiri giriş sözü ilə məktəbin Tərbiyə işləri üzrə direktor müavini Ulduz Qasımova açdı.Müstəqilliyimiz, torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi.Şagirdlərin ifasında vətən, torpaq, şəhidlər haqqında şeirlər, mahnılar və səhnəciklər təqdim olundu.Məktəbdə "20 Yanvar şagirdlərin gözü ilə" adlı sərgi də təşkil olunmuşdur.Tədbirin hazırlanmasında Uşaq Birliyi Təşkilatı Rəhbəri Aygün Babayeva, rəsm müəllimi Rəvan Sadıqov,musiq müəllimi Səbirə Hüseynova çox fəal iştirak etmişdilər.Tədbirin sonunda məktəbin direktor əvəzi Esmira Qocayeva tədbiri hazırlayanlara təşəkkürünü bildirdi.