Ümumilli lider Heydər Əliyevin anım günü tədbiri

7 dekabr 2016-cı il tarixdə məktəbimizdə Ulu öndər, fenomen şəxsiyyət Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirildi.Tədbiri giriş sözü ilə məktəbin Uşaq Birliyi Təşkilatı rəhbəri Babayeva Aygün açdı.Sonra məktəbin yuxarı sinif şagirdləri xalqımızın,dünya siyasətçilərinin,tarixçilərin Heydər Əliyev haqqında söylədikləri yüksək fikirləri bir daha tədbir iştirakçılarının diqqətinə çatdırdılar.Şagirdlərin ifasında Ulu öndərimizə aid Azərbaycan haqqında,vətən haqqında mahnılar və şeirlər səsləndi.Tədbir iştirakçıları bu dahi insanın davamçısı olan möhtərəm prezidentimiz İlham Əliyev haqqında xoş sözlər söylədilər.Sonda Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film tədbir iştirakçılarına təqdim olundu.Tərbiyə işləri üzrə direktor müavini Ulduz Qasımova Heydər Əliyevi dünənin,bu günün və gələcəyin adamı kimi göstərərək bildirdi ki,bu dahi insanın haqqında nə qədər danışsaq da azdır.Sonra iştirakçılara diqqəinə görə təşəkkürünü bildirdi.