9 Noyabr "Bayraq günü" tədbiri keçirildi

8 Noyabr 2016-cı il tarixdə məktəbdə "Bayraq günü" tədbiri keçirildi.Tədbiri giriş sözü ilə məktəbin Təlim Tərbiyə işləri üzrə direktor müavini Ulduz Qasımova açdı.O vətənimizin dünəni və bu günü mövzusunda çıxış etdi.Sonra X sinif şagirdləri Dövlət bayrağımızın yaradılması haqqında məruzələr etdilər.Hərbi rəhbər İlqar Əliyev də, vətənpərvərlik mövzusunda çıxış etdi.Şagirdlər vətənpərvərlik mövzusunda şeirlər,mahnılar,rəqslər və səhnəciklərlə çıxış etdilər.Tədbirdə XI sinif şagirdlərinin hazırladıqları ssenari əsasında çəkdikləri "Vətəni sevmək imandandır" adlı film nümayiş olundu.