Sudan səmərəli istifadə edək

Aprelin 19-da Suraxanı rayon 316 nömrəli tam orta məktəbdə Tərbiyə İşləri üzrə direktor müavini U.Qasımovanın rəhbərliyi ilə “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”na uyğun “Sudan səmərəli istifadə edək” adlı maarifləndirici tədbir keçirildi. Tədbirdə 90-100 şagird,tibb bacısı və fənn müəllimləri iştirak edirdi. U.Qasımova çıxış edərək su ehtiyatlarının tükənən olması, hər bir şagirdin olduğu məkandan asılı olmayaraq, bu prosesə həssas yanaşmalı olduğunu vurğuladı.