Valideynimin peşəsi

Suraxanı rayon 316 nömrəli tam orta məktəbdə “Ailəm və məktəbim” layihəsi çərçivəsində "Valideynimin peşəsi" adlı tədbir keçirildi. Məktəbə dəvət olunmuş valideynlərin hər biri öz peşəsinin sirlərini şagirdlərlə bölüşdü və peşələrini necə sevdikləri barədə danışdı. Belə tədbirlər şagirdlərdə müxtəlif peşə sahələrinə maraq oyadır.