"Narkomaniyaya yox deyək"

Aprelin 15-də Suraxanı rayon 316 nömrəli tam orta məktəbdə şagirdlərlə "Narkomaniyaya yox deyək" mövzusunda söhbət aparılmışdır. Söhbətdə Tərbiyə İşləri üzrə direktor müavini U.Qasımova Uşaq Birliyi Təşkilatı rəhbəri A.Fərəcova və yuxarı sinif şagirdləri iştirak etmişlər.U.Qasımova narkotiklərin insan həyatını necə məhv etməsi haqqında geniş məlumat verdi,şagirdlər arasında müzakirələr keçirildi. Sonda isə şagirdlərin sualları cavablandırıldı.