31 Mart Azərbaycanlıların Soyqırımı Günü

Suraxanı rayon 316 nömrəli məktəbdə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olaraq tədbir keçirildi. Soyqırım qurbanlarının və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Məktəbin tarix müəllimi A.Kələşova 31 Mart Azərbaycanlıların Soyqırımı Günü haqqında məlumat verdi, bu faciəli günün tarixi ilə bağlı çıxış edərək , soyqırıma hüquqi-siyasi qiymətin verilməsində Ümumilli lider Heydər Əliyevin müstəsna rolu olduğunu, Ulu öndərin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 mart azərbaycanlıların soyqırımı günü elan edildiyini qeyd etdi.Tədbir şagirdlərinin hazırladıqları tarixi faktlara əsaslanan ədəbi-bədii kompazisiyaların nümayişi ilə başa çatdı.Tədbirin sonunda məktəbin direktoru G.Hənifəyeva çıxış edərək soyqırım haqqında öz fikirlərini söylədi, şagirdləri tariximizi dərindən öyrənməyə, soyqırım qurbanlarını unutmamağa çağırdı.Bundan əlavə siniflərdə 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş təşkilat saatları keçirildi,sinif guşələri hazırlandı.