Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinə həsr olunmuş seminar

Martın 10-da Suraxanı rayon 316 nömrəli tam orta məktəbdə Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı Təhsil Nazirliyinin Fəaliyyət Planına uyğun olaraq seminar keçirildi. Tərbiyə işləri üzrə direktor müavini U.Qasımova Əhmədiyyə Cəbrayılovun həyatı barədə şagirdlərə məlumat verdi. Sonra şagirdlərin hazırladığı çıxışlar dinlənildi,slaydlar izlənildi.