" İrəvan Müəllimlər Seminariyasının milli təhsil tariximizdə yeri və rolu"

Martın 9-da Suraxanı rayon 316 nömrəli tam orta məktəbdə " İrəvan Müəllimlər Seminariyasının milli təhsil tariximizdə yeri və rolu" mövzusunda seminar keçirildi. Əvvəlcə məktəbin Tərbiyə İşləri üzrə direktor müavini U.Qasımova İrəvan Müəllimlər Seminariyasınınyaranma tarixindən və faəliyyətindən danışdı. Sonra məktəbin ədəbiyyat müəllimi M.Alməmmədova məktəbin məzunlarından danışdı.Daha sonra slayd şoular nümayiş olundu və şagirdləri maraqlandıran suallar cavablandırıldı.