Pedaqoji Şura

Fevralın 11-də Pedaqoji Şuranın illik Fəaliyyət Planına uyğun olaraq I yarımilin yekunlarına həsr olunmuş 2021/2022-ci tədris ilinin növbəti Pedaqoji Şura iclası keçirildi. İclasda gündəlikdəki məsələlər haqqında məruzələr və çıxışlar dinlənildikdən sonra birinci yarımildə pedaqoji sahədəki fəaliyyətinə və şagirdlərin təlim-tərbiyəsi işini səmərəli təşkilinə görə fərqlənən müəllimlərə təşəkkür elan edildi. Həmçinin kollektiv məktəb psixoloqu K.Hümbətovanı 50 illik yubileyi münasibətilə təbrik etdi.