"İstiqlala gedən yol"

Yanvarın 17-də Suraxanı rayon 316 nömrəli tam orta məktəbində Azərbaycanın azadlıq və müstəqillik mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş "İstiqlala gedən yol” adlı anım tədbiri keçirilib.Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagird kollektivi, valideynlər iştirak ediblər. Məktəbin Tərbiyə İşləri üzrə direktor müavini U.Qasımova bu qanlı faciə haqqında məlumat verərək tədbiri açıq elan etdi.Himn səsləndi. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.Sonra şagirdlərin ifasında faciəni əks etdirən şeirlər səsləndirldi, mahnılar söyləndi, səhnəciklər nümayiş etdirildi. Tədbir boyu fonda 20 yanvar hadisələrini əks etdirən slaydlar, vidioçarxlar nümayiş etdirildi..Tədbirin sonunda çıxış edən məktəbin direktoru Gülnarə Hənifəyeva çıxış edərək belə tədbirlərin şagirdlərdə milli qurur hissinin formalaşmasında oynadığı müstəsna roldan danışıb,vətənpərvərlik təbliği baxımından bu cür tədbirlərin davamlı olaraq keçirilməsinin əhəmiyyətindən söz açaraq şagirdləri vətənpərvərliyə səsləyib.