"Xalqa bağışlanan ömür"

Dekabrın 10-da Suraxanı rayon 316 nömrəli tam orta məktəbində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş "Xalqa bağışlanan ömür" adlı geniş tədbir keçirildi.Tədbirdə öncə himn səsləndi,sonra Ulu Öndərin əziz xatirəsi sükutla yad edildi. Daha sonra şagirdlər Ümummilli liderimiz haqqında slaydlar nümayiş etdirdilər,mahnılar oxudular,şeirlər söylədilər və geniş məlumatlarla çıxış etdilər. Tədbirdə Tərbiyə İşləri üzrə direktor müavini U.Qasımova, müəllimlər və 70 şagird iştirak edirdilər.