"Zəfər sənindir, Azərbaycan! "

    Noyabrın 3-də Suraxanı rayonu 316 nömrəli tam orta məktəbdə tarixi qələbəmizin 1 illiyi münasibətilə "Zəfər sənindir, Azərbaycan! " adlı geniş tədbir keçirildi. Tədbirdə məktəbin şəhid məzunu Sayad Hacıyevin valideynləri,vətən müharibəsi iştirakçıları Sərtqaya Rəhimli və Cahid Rüstəmov və digər qonaqlar iştirak edirdilər.Tədbir 2 hissədən - rəsmi və bədii hissələrdən ibarət idi. Tədbiri məktəbin Tərbiyə İşləri üzrə direktor müavini Ulduz Qasımova açıq elan etdi.Sonra məktəbin direktoru Gülnarə Əkbərova çıxış etdi.Daha sonra qonaqlara söz verildi. Şagirdlər isə öz növbəsində 44 günlük vətən müharibəsini əks etdirən çıxışlar etdilər.Bədii hissədə isə şagirdlərimiz milli rəqs nümunələri ilə çıxış etdilər,Zəfər mahnıları oxudular və vətənpərvərlik ruhunda şeirlər söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi