"Dəmir yumruq"

Oktyabrın 23-də Suraxanı rayon 316 saylı tam orta məktəbdə bir qrup şagird və müəllimi Hərbi Qənimətlər parkında oldular. Şagirdlər hərbi qənimətlərə baxdılar,qazilərlə görüşdülər.Ekskursiya şagirdlərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi üçün təşkil olunmuşdu.Vətənpərvərlik əhval-ruhiyyəsi qorunub saxlanmalıdır. Vətən müharibəsində bütün gənclər səfərbər oldu.Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi gənclər bükülmüş belimizi dikəltdilər,mənfur düşmənin saxta mifini heç etdilər. Belə vətənpərvər, qəhrəman və professional gəncləri olan Vətən heç vaxt yenilməyəcək, daim öz şan-şöhrətini və qüdrətini qoruyub saxlayacaqdır! İnanırıq ki, vətənpərvər gənclərimiz mənfur düşməndən azad etdikləri müqəddəs torpaqların bərpa edilməsində və çiçəkləndirilməsində də,burada müasir infrastrukturun qurulmasında da böyük xidmət və rəşadət göstərəcəklər!