Şəhid Qüdrət Həsənovun əziz xatirəsinə

Oktyabrın 19-da Suraxanı rayon 316 nömrəli tam orta məktəbdə "Şəhidlərimizi hörmətlə anırıq" silsiləsindən növbəti tədbir keçirildi. Qüdrət Səfər oğlu Həsənova həsr edilmiş bu tədbirdə şəhidin ailə üzvləri,Tərbiyə İşləri üzrə direktor müavini Ulduz Qasımova,müəllim N.Həsənova,Uşaq Birliyi Təşkilatı rəhbəri A.Əlirzayeva iştirak etdilər. Milli vətənpərvərlik ruhunda keçirilən tədbirdə 35 nəfər iştirak edirdi. Tədbirdə Q.Həsənovun döyüş yolundan danışıldı, bütün şəhidlərimizə hörmət və ehtiram bəslənməsinin zəruri olduğu vurğulandı.Tədbirin sonunda çıxış edən şəhid ailəsi göstərilən diqqət və hörmətə görə məktəbimizə və məktəb rəhbərliyinə öz təşəkkürünü bildirdi.