Şəhid məzunumuz Sayad Hacıyevin əziz xatirəsinə

         Oktyabrın 18-də  Suraxanı rayon 316 nömrəli tam orta məktəbdə şəhid məzunumuz Sayad Hacıyevin əziz xatirəsi anıldı.  Tədbir S.Hacıyevin şəhidlik zirvəsinə ucaldığı günün ildönümü münasibəti ilə  öz adına olan sinif otağında keçirildi. Əvvəlcə şagirdlər məktəbin foyesində şəhidlərin xatirəsinə hazırlanmış guşədə S.Hacıyevin şəkilləri qarşısına tər çiçəklər düzdülər . Sonra S.Hacıyevin müəllimi, məktəbin Tərbiyə İşləri üzrə direktor müavini  Ulduz Qasımova onun haqqında xatirələrini danışdı. Şagirdlər şəhidlər haqqında şeirlər söylədilər. Tədbirdə müəllim X.Rəhimova və Uşaq Birliyi Təşkilatı rəhbəri  A.Əlirzayeva iştirak edirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi