18 Oktyabr Müstəqilliyin bərpası günü

        Oktyabrın 15-də Suraxanı rayon 316 saylı tam orta məktəbdə "18 Oktyabr Müstəqilliyimizin bərpası günü" münasibətilə geniş tədbir keçirildi. Tədbirdə Tərbiyə İşləri üzrə direktor müavini Ulduz Qasımova, Uşaq Birliyi Təşkilatı rəhbəri Aytən Əlirzayeva, 67 şagird və 5 müəllim iştirak edirdi. Əvvəlcə dövlət himnimizlə başlayan tədbirdə giriş sözü U.Qasımova açdı. Sonra müəllimlər R.Bağırova və K.Həbibova müstəqilliyimizin tarixi haqqında məlumat verdi. Daha sonra müəllimlərdən Ü.Bağırova,R.Cavadova,P.Quliyeva çıxış etdilər.Şagirdlər isə müstəqilliyin qorunub saxlanılması və müstəqilliyə gedən yol haqqında danışdılar. Müstəqil Azərbaycan Respublikasını tərənnüm edən şeirlər söylədilər, mahnılar oxudular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi