Şəhid Elvin İsmayılovun əziz xatirəsinə

Oktyabrın 1-də Suraxanı rayon 316 nömrəli tam orta məktəbində şəhid Elvin İsmayılovun anım günü qeyd olundu. Tədbirdə 32 şagird, Tərbiyə İşləri üzrə direktor müavini U.Qasımova və müəllim Y.Quliyeva iştirak edirdi. Əvvəlcə dövlət himnimizlə başlayan tədbirdə şəhidlərimizin ruhu 1dəqiqəlik sükutla yad edildi.Sonra müəllim Y.Quliyeva şəhid E.İsmayılov haqqında geniş məlumat verdi. Sonra şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söylədilər,mahnılar oxudular. 3 oktyabr tarixində 316 nömrəli məktəbin bir qrup müəllimi, şagird və valideynləri şəhidin il mərasimində Beyləqan rayonunda oldular. Məktəb kollektivi ilə birlikdə Zöhrab Camalov,Kərəm Əliyev və şəhidin yaxın qohumları da Elvin İsmayılovun qəbrini ziyarət etdilər.