Şəhid Bilal Qənbərovun əziz xatirəsinə

Sentyabrın 29-da Suraxanı rayonu 316 nömrəli tam orta məktəbində şəhid Bilal Qənbərovun adını daşıyan sinif otağında tədbir keçirildi. Tədbir şəhidin anadan olduğu günə həsr olunmuşdu.Tədbirdə iştirak edirdilər Tərbiyə işləri üzrə direktor müavini U.Qasımova,məktəbin müəllimi R.İmanova və 30 nəfər şagird. Tədbir əvvəlcə dövlət himnimizi səsləndirməklə başladı sonra şəhidlərimizin əziz xatirəsi 1dəqiqəlik sükutla yad edildi.Əvvəlcə şəhidin döyüş yolu haqqında məlumatlar dinlənildi.
Bilal Qənbərov 1993-cü il sentyabrın 29-da Bakı şəhərində anadan olub. 2000-2011-ci illərdə Səbail rayonunun E. Əliyev adına 162 nömrəli tam orta məktəbində təhsil alıb. Bir qızı yadigar qalıb Bilal Qənbərov 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunu əsgəri olan Bilal Qənbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrutun, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bilal Qənbərov noyabrın 3-də Şuşa döyüşləri zamanı şəhid olub. Səbail rayonunun Badamdar qəsəbəsində dəfn olunub.
Sonra şagirdlərin vətənpərvərlik ruhunda hazırladığı şeirlər oxundu və mahnılar səsləndirildi