27 Sentyabr "Anım günü"

Sentyabrn 27-də Suraxanı rayon 316 nömrəli tam orta məktəbində "Anım günü"nə həsr edilmiş geniş keçirildi. Tədbiri giriş sözü ilə məktəbin Tərbiyə işləri üzrə direktor müavini U.Qasımova açdı. Şəhidlərin ruhu 1dəqiqəlik sükutla yad edildi.Sonra şagirdlərə söz verildi. Şagirdlər vətənpərvərlik ruhunda şeirlər söylədilər.Şəhid valideynləri övladları haqqında xatirələrini bölüşdülər.Sonda məktəbin direktoru Gülnarə Əkbərova çıxış etdi. O şəhidlərə hörmət və ehtiramını bildirərək şəhid ailələrinin və qaziləri bir məktəb olaraq daim diqqət mərkəzində saxlanıldığını vurğuladı.